30 yanvar 2025. Cümə axşamı

Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlandı


Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında mövqelər üzrə ötən mövsümün ən yaxşısı adına namizədlərin yeni siyahısı açıqlanıb.

Corner.az xəbər verir ki, münsiflər heyəti hər mövqe üçün 3 futbolçu seçib.

PSJ-nin yeni transferi Lionel Messi və "Yuventus"un hücumçusu Kriştiano Ronaldo siyahıda yer almayıb. İngiltərənin "Çelsi" komandasından 5, "Mançester Siti"dən 3, PSJ,Real Madrid, Bavariya və Borussiyadan 1 futbolçu yer alıb.

Qapıçılar: Tibo Kurtua ("Real Madrid", İspaniya), Ederson ("Mançester Siti", İngiltərə), Eduar Mendi ("Çelsi", İngiltərə)

Müdafiəçilər: Sesar Aspilikueta ("Çelsi"), Ruben Diaş ("Mançester Siti"), Antonio Rudiger ("Çelsi")

Yarımmüdafiəçilər: Kevin de Bruyne ("Mançester Sit"i), Jorjinyo ("Çelsi"), Nqolo Kante ("Çelsi")

Hücumçular: Erlinq Halann ("Borussiya" Dortmund, Almaniya), Robert Levandovski ("Bavariya", Almaniya), Killian Mbappe (PSJ, Fransa)

Qeyd edək ki, ən yaxşı oyunçuların adları avqustun 26-da qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"