25 mart 2026. Çərşənbə

Arshavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib


Arshavin Çempionlar Liqasında iştirak etmiş ən yaxşı rusiyalı futbolçu seçilib

İspaniyanın "Movistarplus" telekanalının keçirdiyi sorğuda 1992-1993 mövsümündən Çempionlar Liqasının ən yaxşı rusiyalı futbolçusu müəyyənləşib.

Corner.az  xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada "Zenit" və İngiltərə "Arsenal"ının sabiq hücumçusu Andrey Arshavin layiq görülüb. Rusiya millisinin 38 yaşlı sabiq hücumçusu səslərin 45 faizini toplayıb.

"Spartak", Portuqaliyanın "Benfica" və "İspaniyanın "Celta" klublarında çıxış etmiş Aleksandr Mostovoy 23 faiz səslə ikinci, "Spartak", İtaliyanın "Roma" və Portuqaliyanın "Portu" komandalarında oynamış Dmitri Aleniçev isə üçüncü olub. Dördüncü yeri isə 14 faiz səslə ölkəsinin "Spartak", İspaniyanın "Valencia", "Celta" və "Real Sociedad" kimi klublarının formasını geyinmiş Valeri Karpin tutub. 

Qeyd edək ki, Andrey Arshavin Çempionlar Liqasında seçmə mərhələlər daxil olmaqla 42 oyun keçirib və 7 qol, 10 məhsuldar ötürmə müəllifi olub. Arshavin Bakıda keçirilmiş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmada da iştirak edib. (report)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"