14 avqust 2026. Cümə

Ronaldonun yoxluğunu hiss edirik - Modric


Ronaldonun yoxluğunu hiss edirik - Modric

Real Madrid'in futbolçusu Luka Modric Çempionlar Liqasının 1/8  finalında  Ajax'la cavab oyunundan sonra açıqlama verib.

Corner.az-ın məlumatına görə, 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşan Madrid klubunun yarımmüdafiəçisi deyib ki, bu  mövsüm uğursuz çıxışlarının əsas səbəbi Ronaldonun yoxluğudur:

"Onun yoxluğunu  hiss edirik. Klub məsuliyyəti oyunçular arasında bölməyə çalışdı. Ancaq Ronaldonun boşluğunu doldurmaq asan deyil.Cristiano bir mövsümdə 50 qol vuran futbolçudur.Bunu bacara biləcək başqa birini tapa bilməzsiniz.10, 15 və 20 qol vuran 2  və ya 3 oyunçuya ehtiyacımız var.Bu mövsüm belə futbolçulara sahib deyilik".







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu