30 yanvar 2025. Cümə axşamı

ÇL: Monako Şaxtyor'a məğlub oldu


ÇL: Monako Şaxtyor'a məğlub oldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Fransanın “Monako” komandası doğma meydanda Donetsk “Şaxtyor”unu qəbul edib və minimal hesabla məğlub olub.

3-cü mərhələdə Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdıran “Şerif” (Moldova) bu mərhələdə Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib. Tiraspol təmsilçisi bu oyunda da darmadağınla qalib gələrək növbəti dəfə diqqətləri üzərinə çəkib.

Avstriyanın “Zalsburq” komandasının rəqibi isə Danimarka “Brondbü”sü olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Pley-off mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1

Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"