UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Benfika” Portuqaliyada PSV ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb. İsveç “Malmö”sü Bolqarıstan çempionu “Ludoqorets” üzərində inamlı qələbə qazanıb. İsveçrənin “Yanq Boyz” komandası isə Macarıstanın “Ferentsvaroş”u qəbul edib. Beş qolun vurulduğu bu oyun da meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust
Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1
Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0
Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1
18 avqust
Benfika (Portuqaliya) – PSV (Niderland) 2:1
Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan) 2:0
Yanq Boyz (İsveçrə) – Ferentsvaroş (Macarıstan) 3:2