5 dekabr 2025. Cümə

Neymardan ağır sözlər


Neymardan ağır sözlər

PSG-nin zədəli futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında Manchester United'lə məğlub olduqları oyundan sonra şəxsi “İnstagram” səhifəsində kəskin və təhqiramiz fikirlər səsləndirib.

Corner.az-ın xəbərinə görə, oyunu tribunadan izləyən 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarını şərt şəkildə tənqid edib:

“Bu, biabırçılqıdır. UEFA epizodun təkrarını analiz etməsi üçün 4 nəfər VAR hakimi qoyub. Amma həmin epizodda açıq gürünür ki, əllə oyun yoxdur! Arxasına dönük vəziyyətdə əlini hara qoya bilər ki?! Ehh..” Neymər paylaşımını doğma dilində “Ah vá pra pqp” sözləri ilə bitirib ki, bu da azərbaycancaya tərcümədə təxminən “gedin, s.......” mənasını verir.

PSG-nin baş məşqçisi Thomas Tuchel oyunsonrası mətbuat konfransında Neymarın təhqiramiz sözləri ilə bağlı deyib: “Bəzən biz emosional vəziyyətdə elə şeylər deyirik ki, bir neçə saat sonra geri götürürük. Neymar bu matçda bizə kömək etmək üçün alışıb-yanırdı”. (qol)








Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”