- Çempionlar liqası
- 16:19 29.01.2025
gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, sonuncu oyun günündə qrup mərhələsinə son 3 vəsiqənin sahibi bəlli olub.
Fransadakı ilk oyunda “Monako”nu 1:0 hesabı ilə məğlub edən Ukraynanın “Şaxtyor” (Donetsk) klubu minimal üstünlüyünü evdə də qorumağa çalışıb. Görüşün əsas vaxtı isə “Monako”nun qələbəsiylə başa çatıb. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda məğlubiyyətdən xilas olmağı bacaran Ukrayna təmsilçisi mərhələ adlayıb.
Moldova “Şerif”i Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Evdəki oyunda 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cütün taleyini demək olar ki, həll etmişdi. Cavab görüşündə qapılara qol ümumiyyətlə vurulmayıb və “Şerif” qrup mərhələsinə vəsiqə qazanıb.
“Bröndbü” Danimarkada Avstriya “Zalsburq”u ilə qarşılaşıb. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə məğlub olmuşdu. Cavab görüşündə də oxşar hesabla qələbə qazanan Avstriya təmsilçisi mərhələ adlayıb.
Xatırladaq ki, ilk oyun günündə “Yanq Boyz” (İsveçrə), “Benfika” (Portuqaliya) və “Malmö” (İsveç) qrup mərhələsinə vəsiqəni təmin etmişdi.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları
25 avqust
Şaxtyor (Donetsk, Ukrayna) – Monako (Fransa) 2:2
İlk oyun – 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Şerif (Moldova) 0:0
İlk oyun – 0:3
Bröndbü (Danimarka) – Zalsburq (Avstriya) 1:2
İlk oyun – 1:2