30 yanvar 2025. Cümə axşamı

Sevilya - Zalsburq matçı ÇL-nın tarixinə düşdü


Sevilya - Zalsburq matçı ÇL-nın tarixinə düşdü
UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

Corner.az xəbər verir ki,  qrup mərhələsinin ilk oyunlarından olan “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) matçında yeni rekordlar qeydə alınıb.
 
Belə ki, bu matçın ilk hissəsində Belarusdan olan baş hakim Aleksey Kulbakov dörd penalti təyin edib. 12-ci dəqiqədə “Sevilya”nın qapıçısı Bono rəqib futbolçu Kərim Adeyemiyə qarşı kobudluq etdiyi üçün rəqibə penalti qazandırıb. Lakin 11 metrlik nöqtəyə yaxınlaşan Adeyemi penaltidən dəqiq yararlanmağı bacarmayıb. 20-ci dəqiqədə isə “Sevilya”nın digər futbolçusu Xesus Navas Adeyemiyə qarşı kobud oynayıb. Bu dəfə 11 metrlik zərbəni Luka Suçiç yerinə yetirib və komandasını 1:0 önə keçirib. 36-cı dəqiqədə Bono növbəti dəfə cərimə meydançasında Adeyemiyə qarşı qaydanı pozub. Bununla da Kərim bir ÇL matçında komandasına üç penalti qazandıran ilk futbolçu kimi tarixə düşüb. Lakin ilk penaltisini qola çevirən Suçiç, ikinci cəhdində sağ dirəyi nişan alaraq penaltini qaçırıb.
 
40-cı dəqiqədə isə “Sevilya” penalti qazanıb. İvan Rakitiç bu şansdan maksimum yarlarlanaraq  hesabı 1:1 edib. Rakitiçin qolu da əlamətdar olub. Xorvatiyalı futbolçu “Sevilya”nın avrokuboklardakı 100-cü qolunu vurub.
 
İkinci hissədə başqa penalti və qol qeydə alınmadığından, matç 1:1 hesabıyla başa çatıb. Bununla da “Sevilya” – “Zalsburq” oyunu ÇL tarixinə düşüb. Çünki ilk dəfə bir ÇL matçında bu qədər penalti təyin olunub.






Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"