- Çempionlar liqası
- 23:48 20.03.2026
"Barselona" klubu tarixində ilk dəfə Çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub.
Corner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzub.
Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə "Yuventus"u ilə qarşılaşmadan məğlubiyyətlə ayrılıb.
"Barselona" bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.