- Çempionlar liqası
- 23:48 20.03.2026
“Barselona”nın futbolçusu Serxio Buskets argentinalı hücumçu Lionel Messinin klubdan ayrılması ilə bağlı danışıb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 33 yaşlı kapitanı, Messinin gedişini qəbul etməyin çətin olduğunu deyib:
“Messinin ayrılığını həzm etmək çətin olsa da bunu qəbul etməliyik. Ancaq hekayəni dəyişmək üçün cəhd etməliyik. Mövsümün əvvəlindəyik və Messi olmadan da oynamağı bacarmalıyıq. Düzdür, Messinin gedişi bütün komanda üçün şok oldu. Lakin bunları arxada qoymalıyıq və komandanın oyununa köklənməliyik. Messisiz də Çempionlar Liqasını qazana bilərik”.
Messi bu yay “Barselona”dann ayrılaraq PSJ klubu 2+1 illik müqavilə imzalayıb.