- Çempionlar liqası
- 23:48 20.03.2026
“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasında “Bayern”ə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Bilirik ki, “Barselona”nın hücum xətti zəifdir. Sürətimizi artırmaq və hücumda daha yaxşı olmağımız üçün bir müddət vaxt lazımdır. “Bavariya” kimi komandaya qarşı sürətli oynamaq elə də asan deyil.
Oyunu təhlil edib, səhvlərimiz üzərində çalışacağıq. Rəqibimizin kim olduğunu unutmamalıyıq. “Bavariya” kimi komandanı məğlub etmək istəyirsənsə çox güclü olmalısan. Zədəli futbolçularımız var. Onlar qayıtdıqdan sonra istədiyimiz oyunu sərgiləyə biləcəyimizi düşünürəm”.