30 iyun 2026. Çərşənbə axşamı

Borussiya ilə matçdan əvvəl Beşiktaş'da ciddi itki


Borussiya ilə matçdan əvvəl Beşiktaş'da ciddi itki

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq “Beşiktaş” klubu növbəti itki ilə üzləşib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kevin Nkudu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu zədə səbəbindən “Borussiya” ilə oyunun heyətindən çıxarılıb.

“Qara qartallar”ın daha iki futbolçusu – Domaqoy Vida və Aleks Teyşeyra da zədə səbəbindən “Borussiya” ilə görüşdə çıxış edə bilməyəcək.

Bu gün keçiriləcək “Beşiktaş” – “Borussiya” (Dortmund) oyunu saat 20:45-də başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu