30 iyun 2026. Çərşənbə axşamı

İnter'lə oyun çətin başlanğıc olacaq - Ançelotti


İnter'lə oyun çətin başlanğıc olacaq - Ançelotti

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “İnter”ə (İtaliya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı italyan mütəxəssis, bu mövsüm mümkün olan bütün titulları qazanmaq üçün çalışacaqlarını deyib:

“Real” hər zaman olduğu kimi, mübarizəsini aparacaq. Rəqabət aparacağıq, bu, vacibdir. Bütün titulları qazanmaq üçün çalışacağıq.

Çempionlar Liqası komandalara ilham verən turnirdir. “İnter”lə oyun çətin başlanğıc olacaq. İtaliya komandasında yeni baş məşqçi var və komanda yüksək enerjilidir. Çətin oyun olacağını düşünürəm ”.

Bu gün keçiriləcək “İnter” – “Real” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu