1 fevral 2026. Bazar günü

Barselona'nın prezidenti azarkeşlərdən üzr istədi


Barselona'nın prezidenti azarkeşlərdən üzr istədi

İspaniyanın "Barselona" klubun prezidenti Xuan Laporta azarkeşlərə müraciət edib.

Corner.az-in məlumatına görə, 59 yaşlı funksioner UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə  "Bavariya"ya uduzduğuna görə azarkeşlərdən üzr istəyib.

Laporta, fanatları səbrli olmağa çağırıb: "Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin. Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur".

Qeyd edək ki, "Barselona" E qrupundakı ilk matçında "Bavariya"ya 0:3 hesabı ilə uduzub







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”