- Çempionlar liqası
- 15:40 31.01.2026
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində l turun görüşlərinə yekun vurulub.
Corner.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarının oyunları baş tutub.
A qrupunda “Mançester Siti” öz meydanında “Leyptsiq”lə, PSJ səfərdə “Brügge” ilə qarşılaşıb. "Şəhərlilər" bu görüşdən qalib ayrılıbsa, Paris təmsilçisi heç-heçə edib.
B qrupunda mübarizə aparan “Atletiko” doğma meydanda Portuqaliyanın “Portu”, “Liverpul” “Milan”la üz-üzə gəlib. Madrid təmsilçisinin görüşündə qapılara qol vurulmayıb. "Liverpul" isə "Milan" üzərində inamlı qələbə qazanıb.
C qrupunda Türkiyənin “Beşiktaş” klubu öz meydanında Dortmund “Borussiya”sı, “Sportinq” “Ayaks”ı qəbul edib. Son Türkiyə çempionu görüşdən məğlub ayrılıbsa, Amsterdam təmsilçisi rəqibinə darmadağınla qalib gəlib
Gecənin ən maraqlı oyunlarından biri isə D qrupunda keçirilib. Madrid “Real”ı səfədə “İnter”in qonağı olub və minimal hesabla qələbə qazanıb. "Şerif" isə doğma meydanda Ukraynanın "Şaxtyor" klubunu qəbul edib və inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr
A qrupu
"Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) 6:3
Qol: Ake, 16. Mukiele, 28-öz qapısına. Mahrez, 45+2-pen. Qriliş, 56. Kanselo, 75. Q.Jezus, 86 – Nkunku, 42; 51; 73.
"Brügge" (Belçika) - PSJ (Fransa) 1:1
Qol: Vanaken, 27 – A.Herrera, 15.
B qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) 0:0
"Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) 3:2
Qol: Tomori, 9-öz qapısına. Salah, 49. Henderson, 69 – Rebiç, 42; B.Dias, 44.
C qrupu
"Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) 1:2
Qol: Montero, 90+4 - Bellingem, 20. Haland, 45+3.
"Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) 1:5
Qol: Paulinyo, 33 – Haller, 2; 9; 51; 63. Berqeys, 39.
D qrupu
"Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:0
Qol: A.Traore, 16. Yansane, 62.
"İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) 0:1
Qol: Rodriqo, 90.