1 fevral 2026. Bazar günü

Haller pokerlə debüt etdi


Haller pokerlə debüt etdi

"Ayaks” (Niderland) Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”ə (Portuqaliya) qalib gəlib – 5:1.

Corner.az xəbər verir ki, Amsterdam təmsilçisinin hücumçusu Sebastyan Haller sözügedən oyunda 4 qol vuraraq turnirin tarixinə düşüb. Belə ki, 27 yaşlı futbolçu, Çempionlar Liqasında debüt oyununda poker edən ikinci futbolçu ünvanına yiyələnib.

ÇL-də debüt oyununda poker edən ilk futbolçu niderlandlı Marko van Basten olub. O, 1992-ci ildə, “Milan”ın heyətində İsveçin “Göteborq” komandasına qarşı keçirilən oyunda (4:0) 4 qol vurmuşdu.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”