1 fevral 2026. Bazar günü

Beşiktaş'da növbəti ciddi itki


Beşiktaş'da növbəti ciddi itki
Türkiyənin “Beşiktaş” klubu daha bir itki ilə üzləşib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin mərkəz müdafiəçisi Velinton Silva sıradan çıxıb.
 
32 yaşlı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları “Borussiya Dortmund” (Almaniya) ilə oyunda zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı oyunçunun sol dizindəki zədə səbəbindən azı iki həftə məcburi istirahət edəcəyi vurğulanıb
 
Türkiyə çempionunun heyətində Umut Meraş, Kevin Nkudu, Aleks Teyşeyra və Domaqoy Vida da zədədən əziyyət çəkir.
 
Velinton İstanbul təmsilçisinin heyətində bu mövsüm 5 oyuna çıxıb.
 






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”