22 oktyabr 2024. Çərşənbə axşamı

"Van Dijk haqda kitab yaza bilərəm" - Klopp


"Van Dijk haqda kitab yaza bilərəm" - Klopp

"Layiqli qələbə qazandıq.Bayern Munichə qarşı səfərdə oynamaq çətindir. Bu, vacib qələbədir. Futbolçularımla fəxr edirəm. Münhendə üç qol vurmaq asan deyil. Nələr edə biləcəyimizi göstərdik. Buba görə çox sevinirəm\".

Corner.az-ın məlumatına görə, bu sözləri Liverpool"un baş məşqçisi Jurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Bayern Munich"ə 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib."Mən birinci qola min dəfə baxmaq istəyirəm! Müdafiədə hamı əla idi. Biz adətən Çempionlar Liqasında səfər oyunlarında belə qorunmuruq, amma bu matçda bunu etdik. Daha bir qol vura bilərdik" - deyə o bildirib.

Klopp böyük klubun tarixinə yeni səhifə açdıqları üçün xoşbəxt olduğunu söyləyib: "Beynəlxalq səviyyədə "Liverpool"un nə qədər böyük komanda olduğunu təkrar göstərdik."Liverpool" hazırda aid olduğu yerdədir və addım-addım bunu təsdiq edərək yüksələcəyik".

Təcrübəli mütəxəssis komandasının ikinci qolunun müəllifi Virgil Van Dijk haqqında da danışıb: "Onun bacarıqları, üstün keyfiyyətləri və əla xarakterə sahib olması ilə bağlı kitab yaza bilərəm. Çox gənc və çox güclüdür. Virgil necə oynayacağını yaxşı bilir. Xüsusilə, o, ikinci hissədə xarakter ortaya qoydu və qələbə qazanmağımıza kömək etdi".

O, 1/4 finalın püşkünün istənilən nəticəsi ilə razılaşacaqlarını deyib: "Futbolçularım bu yarışı sevirlər. Onlar bütün güclərini ortaya qoyurlar". (qol.az)








Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"