14 avqust 2026. Cümə

İnsanlar nə üçün məndə səhv axtarır, başa düşmürəm - Neuer


İnsanlar nə üçün məndə səhv axtarır, başa düşmürəm - Neuer

Bayern Munichin qapıçısı Manuel Neuer, Çempionlar Liqasında “Liverpool”a məğlub olduqları matçdan sonra açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Neuer, Manenin vurduğu birinci qolun epizodunda səhvinin olmadığını bildirib: “Mane qarşımda durmağa çalışdı. Ancaq top gəldikdən sonra topu idarə etməyi və dönməyi möhtəşəm idi. Topla bu qədər yaxşı oynamasaydı, qol vura bilməzdi. Qapı xəttinin üstündə qalsaydım, qarşı-qarşıya bir epizod olacaqdı. İnsanlar nə üçün məndə səhv axtarır, başa düşmürəm. Sadəcə, Mane möhtəşəm oynamışdı”.

Qeyd edək ki, Bayern Munich “Liverpool”a 1:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni 1/8 finalda dayandırıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu