9 may 2026. Şənbə

Yuventus'un 2 futbolçusu Çelsi ilə oyunu buraxacaq


Yuventus'un 2 futbolçusu Çelsi ilə oyunu buraxacaq

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Çelsi” ilə qarşılaşacaq.

Corner.az xəbər verir ki, Turin təmsilçisinin iki futbolçusu – Paulo Dibala və Alvaro Morata sözügedən oyunda komandalarına kömək edə bilməyəcək.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata açıqlamasında deyib. O, hər iki oyunçunun zədə səbəbindən “Çelsi”ylə matçı buraxacağını deyib.

Sentyabrın 29-da keçiriləcək “Yuventus” – “Çelsi” matçı saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"