30 yanvar 2025. Cümə axşamı

Messi Mançester Siti ilə oyunda olacaq?


Messi Mançester Siti ilə oyunda olacaq?

Fransanın PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının qrup mərhələsində İngiltərə “Mançester Siti”sinə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az BBC-yə istinadən xəbər verir ki, 49 yaşlı argentinalı mütəxəssis, Lionel Messinin bu oyunda iştirak edib-etməyəcəyiylə bağlı bunları deyib:

“Dünyanın ən yaxşı oyunçusu haqda danışırıq. Başa düşməliyik ki, o, komandaya yeni gəlib və uyğunlaşması üçün vaxt lazımdır. O, ailəmizin bir üzvüdür. Messinin özünü burada rahat hiss etməsi üçün vaxt vermək lazımdır. Hər şey onun üçün yeni bir başlanğıcdır.

Messi Mançester Siti ilə oyunda olacaq? Bunu heyəti açıqlayanda biləcəksiz”.

Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da başlayacaq.







Çempionlar liqası

"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"