27 mart 2026. Cümə

Şerif tanınmış komanda olmasa da ...


Şerif tanınmış komanda olmasa da ...

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Şerif”ə (Moldova) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan italyalı mütəxəssis, bu matçda hədəflərinin üç xal qazanmaq olduğunu söyləyib:

“Çempionlar Liqasında hər oyuna ciddi hazırlaşırıq. “Santyaqo Bernabeu”da oynamaq üçün səbirsizlənirik. Çünki bu arenada Çempionlar Liqası ilə bağlı xoş xatirələrimiz var.

“Şerif” Çempionlar Liqasında Zaqreb “Dinamo”suna qalib gəlib. “Şerif” tanınmış komanda olmasa da, yaxşı təşkil edilmiş kollektivdir. Hədəfimiz bu oyundan üç xalla ayrılmaqdı. Üç xal qrupda vəziyyətimizi bir az yaxşılaşdıracaq”.

Bu gün keçiriləcək “Real” – “Şerif” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"