24 oktyabr 2024. Cümə axşamı

PSJ Mançester Siti'yə qalib gəldi, Real uduzdu


PSJ Mançester Siti'yə qalib gəldi, Real uduzdu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun qarşılaşmaları keçirilib.
 
A qrupunda PSJ doğma meydanda “Mançester Siti” ilə üz-üzə gəlib. Paris təmsilçisi bu oyunda inamlı qələbə qazanıb. Qrupun digər matçında “Leyptsiq”  doğma meydanda “Brügge”yə məğlub olub.
 
Turun daha bir maraqlı qarşılaşması B qrupu çərçivəsində baş tutub. “Milan” “San Siro”da İspaniya çempionu “Atletiko”nu qəbul edib. Görüşdə meydan sahibləri hesabı açsa da, qonaqlar son dəqiqədə vurduğu qollarla əzmkar qələbə qazanıb. Qrupun digər oyununda “Liverpul” səfərdə “Portu”nun qonağı olub və darmadağınla qalib gəlib.
 
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” C qrupu çərçivəsində səfərdə “Ayaks”ın qonağı olub və görüşdən məğlubiyyətlə ayrılıb. Qrupun digər oyununda Dortmund “Borussiya”sı doğma meydanda Lissabon “Sportinq”ni qəbul edib və minimal hesabla qalib gəlib.

D qrupunda isə Ukraynanın Şaxtyor klubu doğma meydanda İtaliya çempionu "İnter"i qəbul edib. Bu matçda qapılara qol vurulmayıb. Madrid "Real"ı isə doğma meydanda Moldova "Şerif"ini qəbul edib və gözlənilməz şəkildə məğlub olub.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
28 sentyabr
 A qrupu

PSJ (Fransa) – Mançester Siti (İngiltərə) 2:0
Qol: Qeye, 8. Messi, 74.

Leyptsiq (Almaniya) – Brügge (Belçika) 1:2
Qol: Nkunku, 5 – Vanaken, 22. Rits, 41.

PSJ – 4, Brügge – 4, Mançester Siti – 3, Leyptsiq – 0

B qrupu

Portu (Portuqaliya) – Liverpul (İngiltərə) 1:5
Qol: Taremi, 75 – Salah, 18; 60. Mane, 45. Firmino, 77; 83.

Milan (İtaliya) – Atletiko (İspaniya) 1:2
Qol: Leao, 20 – Qrizmann, 84. L.Suares, 90+4-pen.

Liverpul – 6, Atletiko – 4, Portu – 1, Milan – 0

C qrupu

Ayaks (Niderland) – Beşiktaş (Türkiyə) 2:0
Qol: Berqeys, 17. Haller, 43.

Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Malen, 37.

Ayaks – 6, Borussiya – 6, Beşiktaş – 0, Sportinq – 0

D qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0

Real (İspaniya) – Şerif (Moldova) 1:2
Qol: Benzema, 65-pen – Yaxşıbayev, 25. Till, 90.

Şerif – 6, Real – 3, İnter – 1, Şaxtyor – 1








Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"