15 may 2026. Cümə

Benzema ÇL-da ən çox qol vuran 4-cü futbolçu oldu


Benzema ÇL-da ən çox qol vuran 4-cü futbolçu oldu

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqası tarixində ən çox qol vuran 4-cü futbolçu olub.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna evdə Moldova "Şerif"inə 1:2 hesabı ilə uduzduqları oyunda nail olub. 64-cü dəqiqədə penaltidən fərqlənən fransalı hücumçu "kral klubu"nun sabiq futbolçusu Raul Qonsalesi üstələyərək turnirdə 72-ci qolunu vurub.

Hazırda yalnız "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldo (136), PSJ-dən Lionel Messi (120) və "Bavariya"dan Rovert Levandovski (75) Benzemadan daha çox qol vurub.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"