24 oktyabr 2024. Cümə axşamı

Qəbələ haqqında çoxlu görüntü tapa bilməmişik


Qəbələ haqqında çoxlu görüntü tapa bilməmişik

"Hamı oyuna çox yaxşı hazırlaşıb. Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Meydanı qələbə ilə tərk etmək istəyirik".

Corner.az-ın məlumatına görə, bu fikirləri Niderlandın AZ komandasının futbolçusu Fedde de Yonq "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

18 yaşlı yarımmüdafiəçi "Qəbələ"ni analiz etmək üçün çoxlu görüntü tapa bilmədiklərini söyləyib: "Bununla belə, Azərbaycan komandasının fiziki cəhətdən hazırlıqlı olduğunu düşünürürük. Komanda yoldaşlarımızla razılığa gəlmişik ki, meydana istəkli çıxaq. Bu görüşdə yaxşı nəticəyə nail olmalıyıq".

Təmsil etdikləri Alkmaar şəhərindən Azərbaycanadək 17 saatadək yol qət etmələrinə baxmayaraq, De Yonq vaxtın tez keçdiyini diqqətə çatdırıb: "Bu qədər uzun müddəti maraqlı söhbətlər və kompüter oyunları ilə ötürdük".

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"