15 may 2026. Cümə

Ançelottidən Şerif məğlubiyyətinə şərh


Ançelottidən Şerif məğlubiyyətinə şərh

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında “Şerif”ə (Moldova) məğlub olduqları oyunla bağlı fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, italyalı mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Bu məğlubiyyətə izah vermək çətindir. Çox təzyiq göstərdik, amma yaxşı müdafiə olundular. Məğlubiyyətə layiq deyildik, bəxtimiz gətirmədi.

Eduardo Kamavinqanı cinah müdafiəçisi oynatdığım üçün uduzduğumuzu düşünmürəm. Yaxşı oynadığımız dəqiqələr oldu. Sadəcə qol vurmaq cəhətdən əksiklərimiz oldu”.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"