27 mart 2026. Cümə

Şübhəsiz ki, karyeramın ən vacib qolunu vurdum


Şübhəsiz ki, karyeramın ən vacib qolunu vurdum

Moldovanın “Şerif” komandasının futbolçusu Sebastyan Till Çempionlar Liqasında “Real”ı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 90+1-ci dəqiqədə komandasına qələbə gətirən qolu vuran 27 yaşlıyarımmüdafiəçi, bunları deyib:

“Çox xoşbəxtəm, möhtəşəm oyun keçirdik. Çox qaçmalı olduq, bu səbəbdən ayaqlarım ağrıyır. Ancaq buna baxmayaraq möhtəşəm qol da vurdum.

Bunu qeyd edəcəyik, amma sonra yenidən çempionat oyunlarına köklənəcəyik. Qrupumuz çətindir. Bacardığımız hər şeyimizi verəcəyik. Şübhəsiz ki, karyeramın ən vacib qolunu vurduğumu düşünürəm”.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"