- Çempionlar liqası
- 23:48 20.03.2026
Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Corner.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv 1-ci mərhələdə Niderlandın “Alkmaar” komandayla üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da start götürüb. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
“Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 30 futbolçu sifariş edib. Bunlar qapıçılar Məmməd Muradov, Kamil Nəzərli, Həsən Həsənli, müdafiəçilər Xəyal Səmədov, Süleyman Damadayev, Hüseyn Mürsəlov, Samir Ağayev, Rüfət Əhmədov, Nuqay Rəşidov, Murad Musayev, Ülvü Mədətov, İbrahim Ramazanov, İxtiyar Məmiyev, Ravil Qafarov, yarımmüdafiəçilər Gülağa Əsədov, Şahin Şahniyarov, Okan Təhməzli, Rauf Rüstəmli, Rauf Məhərrəmov, Taleh Qarayev, Fuad Əhmədov, Emil Süleymanov, Fərid Kələntərov, Aqil Nəsibov, hücumçular Mehrac Baxşalı, Çiçin Namçi Akande, Emil Səfərov, Elmir Hüseynli, Kənan Baxışov və Sənan Ağalarovdur.
Komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
Gənclər Liqası, 1-ci tur, ilk oyun
29 sentyabr
Qəbələ U-19 – Alkmaar U-19 (Niderland) 0:4 (2-ci hissə)
Qol: N.Koster, 15; 59. L.Şuten, 54. R.Z.Daal, 78.
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)