27 mart 2026. Cümə

Yuventus Çelsi'yə qalib gəldi, Barselona darmadağın oldu


Yuventus Çelsi'yə qalib gəldi, Barselona darmadağın oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 matç keçirilib.

Günün ilk görüşləri F və H qruplarında olub. “Yanq Boyz” İtaliyada “Atalanta”nın qonağı olub və minimal hesabla uduzub. “Malmö” isə Rusiyada “Zenit”lə üz-üzə gəlib və darmadağın olub. F qrupunun digər oyununda “Mançester Yunayted” doğma meydanda “Vilyarreal”la qarşılaşıb və əzmkar qələbə qazanıb.

Gecənin ən maraqlı qarşılaşması İtaliyada “Yuventus”la turnirin son qalibi olan “Çelsi” arasında baş tutub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

E qrupunda “Barselona” Portuqaliyada “Benfika”nı, “Bayern” isə Kiyev “Dinamo”sunun müqavimətini qırmağa çalışıb. Münhen təmsilçisi darmadağınla qalib gəlibsə, Kataloniya təmsilçisi isə görüşdən məğlubiyyətlə ayrılıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
29 sentyabr

H qrupu

Zenit (Rusiya) – Malmö (İsveç) 4:0
Qol: Klaudinyo, 9. Kuzyayev, 49. Sutormin, 80. Vendel, 90+4.

Yuventus (İtaliya) – Çelsi (İngiltərə) 1:0
Qol: Kyeza, 46.

Yuventus – 6, Çelsi – 3, Zenit – 3, Malmö – 0

F qrupu

Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə) 1:0
Qol: Pessina, 68.

Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya) 2:1
Qol: Telles, 60. Ronaldo, 90+5 – Alkaser, 53.

Atalanta – 4, Yanq Boyz – 3, Mançester Yunayted – 3, Vilyarreal – 1

E qrupu

Benfika (Portuqaliya) – Barselona (İspaniya) 3:0
Qol: D.Nunes, 3; 79-pen. R.Silva, 69.

Bayern (Almaniya) – Dinamo (Kiyev, Ukrayna) 5:0
Qol: Levandovski, 12; 27. Qnabri, 68. Sane, 74. Şupo-Motinq, 87.

Bayern – 6, Benfika – 4, Dinamo – 1, Barselona – 0

G qrupu

Volfsburq (Almaniya) – Sevilya (İspaniya) 1:1
Qol: Şteffen, 49 – Rakitiç, 86-pen.

Zalsburq (Avstriya) – Lill (Fransa) 2:1
Qol: Adeyemi, 35-pen; 53-pen – B.Yılmaz, 62.

Zalsburq – 4, Sevilya – 2, Volfsburq – 2, Lill – 1







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"