27 mart 2026. Cümə

Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atdı


Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atdı

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında ən çox forma geyinmiş futbolçuya çevrilib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu bu uğura ÇL-in qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirdikləri oyunda nail olub.

Portuqaliyalı futbolçubu görüşdə meydana çıxmaqla qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 178 oyununu keçirib. O, bu göstərici ilə İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Vilyarreal” matçında meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1. “Qırmızı şeytanlar”ın qələbə qolunu isə 90+5-ci dəqiqədə Ronaldo vurub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"