- Çempionlar liqası
- 15:40 31.01.2026
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb.
Corner.az "OptaJose" nəşrinə istinadən xəbər verir ki, polşalı hücumçu buna Ukraynanın "Dinamo" (Kiyev) komandasını 5:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin II tur oyununda nail olub.
Dubla imza atan 33 yaşlı fubolçu turnirdə meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk oyunçu olub.
Qeyd edək ki, "Bavariya" hazırda 6 xalla E qrupunun lideridir. Komanda III turda Portuqaliyada "Benfika"nın qonağı olacaq.