27 mart 2026. Cümə

Kuman mümkün istefasından danışdı


Kuman mümkün istefasından danışdı

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ronald Kuman Portuqaliyada "Benfika"ya 0:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mümkün istefası barədə danışıb.

Corner.az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis gələcəyi haqqında heç bir fikrinin olmadığını söyləyib.

 "Bu, mənim əlimdə deyil. Nə olacağını görəcəyik. Futbolçuların dəstəyini hiss edirəm. Digər məsələləri bilmirəm. Klubun fikrini də bilmirəm".

Qeyd edək ki, "Barselona" ilk turda Almaniya "Bavariya"sına da eyni hesabla uduzub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"