15 avqust 2026. Şənbə

Futbolu oynayan pul deyil, insanlardır - Şerif'in baş məşqçisi


Futbolu oynayan pul deyil, insanlardır - Şerif'in baş məşqçisi

Moldovanın “Şerif” komandasının baş məşqçisi Yuri Vernidub Rusiya mətbuatına müsahibə verib.

Corner.az xəbər verir ki, “Championat” nəşrinə danışan 55 yaşlı mütəxəssis, Çempionlar Liqasında “Real”a qalib gəldikləri oyunu (2:1) belə şərh edib:

“Futbolu oynayan pul deyil, insanlardır. Bu, vacib məqamdır. Ulduz futbolçularımız olmasa da, gənc və sürətli komandamız var. Hər hansı bir komandaya qalib gəlmək üçün yaxşı təhlillər aparmalısan. Təəssüf ki, məşqçilər meydana girib, futbol oynaya bilmirlər.

“Real” kimi rəqiblə bərabər şərtlərlə oynaya bilməyəcəyimiz aydındır. Buna görə də, oyunu yaxşı təhlil etdik. Müdafiədə olduq, rəqibə boşluqlar vermədik və hücuma sürətli çıxaraq fərqlənməyi bacardıq”.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu