1 fevral 2026. Bazar günü

ÇL-da həftənin ən yaxşı futbolçusu


ÇL-da həftənin ən yaxşı futbolçusu

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Corner.az futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis layiq görülüb.

Yunanıstan millisinin qolkiperi səsvermədə Portuqaliya "Benfika"sından Darvin Nunyesi, Almaniya "Bavariya"sından Leroy Saneni, İtaliya "İnter"indən Milan Şkrinyarı üstələyib.

Qeyd edək ki, "Şerif" qrup mərhələsinin II turunda İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”