15 avqust 2026. Şənbə

Bilirəm qələbə qazanmalıyıq - Modriç


Bilirəm qələbə qazanmalıyıq - Modriç

"Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasında “Şaxtyor”a (Ukrayna) qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Corner.az xəbər verir ki, “tribuna.com” saytına danışan xorvatiyalı yarımmüdafiəçi, Ukrayna təmsilçisinin bu il güclü oynadığını deyib:

“Vacib oyun olacaq. Son görüşlərdə yaxşı çıxış etmirik, yenidən vəziyyəti düzəltməyə çalışmalıyıq. Həqiqi “Real” kimi meydana olmalıyıq.

Bilirəm, qələbə qazanmalıyıq. “Şaxtyor”un güclü komanda olduğunu da unutmamaq lazımdır. Onlarötən il bunu bizə sübut etdilər. İndi də formadadırlar və daha güclüdülər. Ən yaxşı oyunumuzu göstərərək, qələbə qazanmağa çalışacağıq”.

Bu gün keçiriləcək “Şaxtyor” – “Real” matçı saat 23:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu