29 iyun 2026. Bazar ertəsi

“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barcelona”dır” – Pochettino


“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barcelona”dır” – Pochettino

“Tottenham”ın baş məşqçisi Mauricio Pochettino Çempionlar Liqası haqqında maraqlı açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı baş məşqçi bu mövsüm Çempionlar Liqasında “Barcelona”nı favorit olaraq gördüyünü bildirib: “Barcelona” mükəmməl futbolçulara və dünyanın ən yaxşısı olan Lionel Messiyə sahibdir. Çempionlar Liqasında bir favorit varsa, bu, “Barcelona”dır. Bütün komandalardan bir addım irəlidədirlər.Lionel Messi bənzərsiz və qeyri-adidir. Heç kimin gözləmədiyi şeyləri edir. Amma daha təəccüblüsü onun bu qədər sabit çıxış etməsidir. Son 12 ildə hər oyunda inanılmaz işlər görür”.

Argentinalı mütəxəssis Çempionlar Liqasının finalında qarşılaşmaq istədiyi komandanı da açıqlayıb: “Finalda “Barcelona” ilə qarşılaşmaq istəyərəm. Onlarla rəqib olmaqdan zövq alıram”.

Qeyd edək ki, “Tottenham” Çempionlar Liqasının 1/4  final mərhələsində “Manchester City”nin rəqibidir.(komanda)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu