15 avqust 2026. Şənbə

Marselonun ÇL-da 100- cü oyunu


Marselonun ÇL-da 100- cü oyunu

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu “Real”ın müdafiəçisi Marselo üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, Donetsk “Şaxtyor”u ilə səfər görüşü 33 yaşlı futbolçunun yubiley matçı olub.

2007-ci ildən “kral klubu”nda çıxış edən braziliyalı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.

Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.

“Şaxtyor” – “Real” oyunu ispanların 5:0 hesablı qələbəsi ilə başa çatıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu