- Çempionlar liqası
- 15:49 30.01.2025
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turunda Almaniya “Leyptsiq”i ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu 3:2 hesabıyla qələbə qazandıqları matçda dubla imza ataraq daha bir rekordda Kriştiano Ronaldoya çatıb.
Belə ki, Bundesliqa klubu Messinin ÇL-da qol vurduğu 37-ci komanda olub. O, artıq Ronaldo ilə rekorda şərikdi.
Ən nüfuzlu klub turnirində ikinci dəfə Panenka tipli penaltidən fərqlənən Messi peşəkar karyerasında vurduğu ümumi qolların sayını isə 755-ə çatdırıb. Əfsanəvi braziliyalı Romarionu (753) geridə qoyan 34 yaşlı oyunçu bütün dövrlərin ən məhsuldar 3-cü oyunçusu ünvanını ələ keçirib. O, daha 10 qol vuracağı təqdirdə digər braziliyalı Peleyə (765) çatacaq.
Bu baxımdan rekord isə yenə Kristiano Ronaldoya məxsusdur – 794 qol.