- Çempionlar liqası
- 15:49 30.01.2025
UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma keçirilib.
E qrupunda 2 turdan sonra sonuncu pillədə qərarlaşan “Barselona” doğma meydanda Kiyev “Dinamo”sunu qəbul edib və minimal hesabla qələbə qazanıb. Almaniya çempionu “Bavariya” isə Portuqaliyada “Benfika”nın qonağı olub və darmadağınla qalib gəlib.
F qrupunda “Mançester Yunayted” evdə “Atalanta”nı sınağa çəkib və əzmkar qələbə qazanıb. Digər qarşılaşma “Yanq Boyz” evdə “Vilyarreal”a məğlub olub.
G qrupunda “Volfsburq” Avstriyada “Zalsburq”la, “Sevilya” isə Fransada “Lill” ilə üz-üzə gəlib. Avstriyada meydan sahibləri qələbə qazanıbsa, Fransadakı görüşdə qapılara qol vurulmayıb.
H qrupunda turnirin son qalibi olan “Çelsi” doğma meydanda “Malmö”nü qəbul edib və 4 cavabsız qolla qalib gəlib. Qrupun digər oyununda “Yuventus” Rusiyada “Zenit”i minimal hesabla üstələyib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
20 oktyabr
E qrupu
Barselona (İspaniya) – Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol: Pike, 36.
Benfika (Portuqaliya) – Bayern (Almaniya) 0:4
Qol: Sane, 70; 85. Everton, 80-öz qapısına. Levandovski, 82.
Xal durumu: Bayern – 9, Benfika – 4, Barselona – 3, Dinamo – 1.
F qrupu
Yanq Boyz (İsveçrə) – Vilyarreal (İspaniya) 1:4
Qol: Elia, 77 – Pino, 6. Moreno, 16; 89. Çukvueze, 90+2.
Mançester Yunayted (İngiltərə) – Atalanta (İtaliya) 3:2
Qol: Reşford, 53. Maquayr, 75. Ronaldo, 81 – Paşaliç, 15. M.Dəmiral, 29.
Xal durumu: Mançester Yunayted – 6, Atalanta – 4, Vilyarreal – 4, Yanq Boyz – 3.
G qrupu
Zalsburq (Avstriya) – Volfsburq (Almaniya) 3:1
Qol: Adeyemi, 3. Okafor, 65; 77 – Nmeça, 15.
Lill (Fransa) – Sevilya (İspaniya) 0:0
Xal durumu: Zalsburq – 7, Sevilya – 3, Volfsburq – 2, Lill – 2.
H qrupu
Çelsi (İngiltərə) – Malmö (İsveç) 4:0
Qol: Kristensen, 9. Jorjinyo, 21-pen; 57-pen. Haverts, 48.
Zenit (Rusiya) – Yuventus (İtaliya) 0:1
Qol: Kuluşevski, 86.
Xal durumu: Yuventus – 9, Çelsi – 6, Zenit – 3, Malmö – 0.