15 may 2026. Cümə

Ronaldo ÇL-da yeni rekorda imza atdı


Ronaldo ÇL-da yeni rekorda imza atdı

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu buna İtaliya "Atalanta"sını 3:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Portuqaliya millisinin üzvü 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" 6 xalla F qrupuna başçılıq edir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"