27 mart 2026. Cümə

Barselona'dan qorxduq - Luçesku


Barselona'dan qorxduq - Luçesku

Ukraynanın “Dinamo” komandasının baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında “Barselona”ya uduzduqları oyunla bağlı fikirlərini bildirib.

Corner.az “ua.tribuna.com” saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Əlbəttə, nəticədən narazıyam. İstədiyimiz hesab olmadı. Matçın ikinci hissəsində “Barselona”dan qorxduq. Futbolçularım buranın Çempionlar Liqasını olduğunu bilməlidir. Burda mübarizə yüksək səviyyədə gedir.

Oyuna baxsaq, “Barselona”nın 18, bizim isə 7 qayda pozuntusuna yol verdiyimizi görərsiz. Əks-hücumlarımızın qarşısı kobudluqla alınırdı. Bizə qarşı çox aqressiv oynadılar. Qarşılaşmanın əvvəlində qol üçün imkanımız var idi. Dəyərləndirə bilsəydik, bəlkə də, hər şey fərqli olacaqdı”.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"