27 mart 2026. Cümə

Çelsi'nin futbolçusu üçün əlamətdar oyun


Çelsi'nin futbolçusu üçün əlamətdar oyun
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan “Malmö” (İsveç) ilə oyun “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bu qarşılaşmada iki fərqli qapıçıya penaltidən qol vurub.
 
ÇL-da ilk dəfə “Sparta”nın müdafiəçisi Vladimir Labant 1999-cu ildə “Villem”lə görüşdə (4:3) bunu reallaşdırıb. İtaliyalı futbolçu isə ikinci belə oyunçu kimi tarixə düşüb.
 
Jorjinyo eyni zamanda yalnız penaltidən fərqlənən futbolçular arasında ən çox qol vurmaqla Çempionlar Liqası rekorduna sahibdir. Hazırda 6 belə qolu olan İtaliya millisinin üzvü, slovakiyalı Vladimir Labantı (5) geridə qoymağı bacarıb.
 
“Çelsi” doğma meydanda qarşılaşdığı “Malmö” ilə oyundan 4:0 hesablı qələbə ilə ayrılıb.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"