30 iyun 2026. Çərşənbə axşamı

PSJ Lill və ÇL oyununa 4 itkiylə çıxa bilər


PSJ Lill və ÇL oyununa 4 itkiylə çıxa bilər

PSJ-nin 4 futbolçusu  Almaniyada "Leyptsiq"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununu və Liqa 1-in 12-ci turunda son çempion “Lill” matçını buraxa bilər.

Corner.az Paris təmsilçisinin saytına istinadən xəbər verir ki, PSJ-də hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Marko Verratti, Leandro Paredes və müdafiəçi Serxio Ramos sözügedən görüşləri buraxacaq. Mbappe qulaq, burun və boğaz infeksiyası səbəbindən hazırlıqlara qatılmayıb. Messi isə əzələsindəki problem səbəbindən fərdi məşq edir.

Bu gün keçiriləcək PSJ – “Lill” matçı saat 23:00-da başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu