15 avqust 2026. Şənbə

Beşiktaş'ın hücumçusu ÇL-sı oyununu buraxacaq


Beşiktaş'ın hücumçusu ÇL-sı oyununu buraxacaq

Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mişi Batşuayi sıradan çıxıb.

Super Liqanın 11-ci turunun “Hatayspor”la səfər matçında zədələnən 28 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Belçikalı hücumçu noyabrın 4-də, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Sportinq”lə matçında komandasına kömək edə bilməyəcək.

“Beşiktaş” “Hatayspor”a 0:1 hesabıyla uduzub.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu