15 avqust 2026. Şənbə

Burak Yılmaz İspaniyaya aparılmadı


Burak Yılmaz İspaniyaya aparılmadı

Fransanın “Lill” komandası Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Sevilya”nın qonağı olacaq.

Corner.az xəbər verir ki, Fransa təmsilçisinin hücumçusu Burak Yılmaz sözügedən matçda komandasına kömək edə bilməyəcək. Bu barədə “Lill”in baş məşqçisi Joslen Qruvennek yerli mətbuata açıqlamasında deyib.

Türkiyə millisinin üzvü xəstələndiyi  üçün komandayla İspaniya səfərinə yollanmayıb.

“Lill” Çempionlar Liqasının G qrupunda 2 xalla 3-cü sıradadır.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu