15 avqust 2026. Şənbə

Mançester Yunayted azarkeşləri İtaliyada hücuma məruz qaldı


Mançester Yunayted azarkeşləri İtaliyada hücuma məruz qaldı

“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün İtaliyada “Atalanta”nın qonağı olacaq.

Corner.az xəbər verir ki, matçdan əvvəl yerli fanatlar “Mançester Yunayted”in azarkeşlərinə hücum edib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Atalanta” azarkeşləri Berqamoda mehmanxanaların birində olan ingilis azarkeşlərə hücum edib. Hadisə zamanı “Mançester Yunayted”in azarkeşinin biri xəsarət alıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bu gün keçiriləcək “Atalanta” – “Mançester Yunayted” matçı saat 00:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu