1 fevral 2026. Bazar günü

Hörmət qazanmağın tək yolu qalib gəlməkdir


Hörmət qazanmağın tək yolu qalib gəlməkdir

“Barselona”nın müvəqqəti baş məşqçisi Sergi Barjuan Çempionlar Liqasında Kiyev “Dinamo”suna (Ukrayna) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis, qələbə qazanmaq istədiklərini söyləyib:

“Barselona”nın hədəfi hər zaman qələbə qazanmaqdır. Hazırda çətin dövrlər yaşayırıq. Buna baxmayaraq, qələbələrimizin sayını artırmalıyıq. Hörmət qazanmağın tək yolu qalib gəlməkdir. Qələbə futbolçular üçün yaxşı motivasiya olacağını düşünürəm.

“Barselona”da futbolçu kimi çıxış etmişəm, indi də baş məşqçiyəm. Bu klubda olmaq mənim üçün bir şərəfdir. Vaxtım azda olsa, bu komanda üçün əlimdən gələn hər şeyi etməyə çalışacam.

Futbolçularım təzyiq altında oynamağa öyrəşiblər. “Dinamo” ilə matç xüsusi olacaq. Hər şey öz əlimizdədir. Öz futbolumuzu oynamalıyıq. Komanda şəklində oynayıb, ələ düşən imkanları dəyərləndirməliyik”.

Bu gün keçiriləcək “Dinamo” – “Barselona” matçı saat 00:00-da başlayacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”