15 avqust 2026. Şənbə

Çempionlar Liqasında gecənin nəticələri


Çempionlar Liqasında gecənin nəticələri

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun qarşılaşmaları baş tutub.

İspaniyanın “Barselona” klubu Ukraynada Kiyev “Dinamo”sunun qonağı olub və minimal hesabla qələbə qazanıb. Almaniya “Bayern”i isə doğma meydanda Portuqaliyanın “Benfika” komandasını qarşılaşıb və  böyük hesabla məğlub edib.

İngiltərənin “Mançester Yunayted” komandası İtaliyada “Atalanta”ya məğlubiyyətdən son dəqiqələrdə vurduğu qolla xilas olub. "Vilyarreal" doğma meydanda "Yanq Boyz"la üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

“Çelsi” “Malmö”nün qonağı olub və minimal hesabla qalib gəlib.“Yuventus” isə doğma meydanda “Zenit”i qəbul edib və inamlı qələbə qazanıb.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

2 noyabr

H qrupu

Malmö (İsveç) – Çelsi (İngiltərə) 0:1
Qol
: Ziyeş, 56.

Yuventus (İtaliya) – Zenit (Rusiya) 4:2
Qol
: Dibala, 11; 58-pen. Kyeza, 74. Morata, 82 – Bonuççi, 26-öz qapısına. Azmun, 90+2.


F qrupu

Atalanta (İtaliya) – Mançester Yunayted (İngiltərə) 2:2
Qol
: İliçiç, 12. Sapata, 56 – Ronaldo, 45+1; 90+2.

Vilyarreal (İspaniya) – Yanq Boyz (İsveçrə) 2:0
Qol
: Kapue, 36. Danjuma, 89.


G qrupu

Volfsburq (Almaniya) – Zalsburq (Avstriya) 2:1
Qol
: Baku, 3. Nmeça, 60 – Vober, 30.

Sevilya (İspaniya) – Lill (Fransa) 1:2
Qol
: Okampos, 15 – David, 43. İkone, 51.


E qrupu

Dinamo (Kiyev, Ukrayna) – Barselona (İspaniya) 0:1
Qol
: Fati, 70.

Bayern (Almaniya) – Benfika (Portuqaliya) 5:2
Qol
: Levandovski, 26; 61; 84. Qnabri, 32. Sane, 49 – Morato, 38. Nunez, 74.








Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu