15 avqust 2026. Şənbə

Kriştiano Ronaldo baş məşqçisini geridə qoydu


Kriştiano Ronaldo baş məşqçisini geridə qoydu

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı hücumçu İtaliyada "Atalanta" ilə 2:2 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda dubla imza atıb.

Portuqaliyalı futbolçu "qırmızı şeytanlar"ın heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ole Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu