- Çempionlar liqası
- 15:49 30.01.2025
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna evdə Portuqaliyanın "Benfika" komandasına 5:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin IV tur oyununda nail olub.
Həmin qarşılaşmada het-trik edən polşalı futbolçu turnirdəki 100-cü matçında 80-ci qolunu vuran ilk oyunçu kimi tarixə düşüb.
Fransa PSJ-də çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo isə 116-cı görüşündə eyni sayda qol vurub.
Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.